
ER Ararat vilayətinin icra hakimiyyəti məlumat yayaraq bildirib ki, fevralın 3-də ER baş naziri Nikol Paşinyanın Ararat vilayətinə səfəri zamanı Tiqranaşen yaşayış məntəqəsinin yaxın vaxtlarda Azərbaycana təhvil verilməsi məsələsinin müzakirə edildiyi barədə bəzi mətbuatların yaydığı məlumatlar həqiqətə uyğun deyil.
“Əvvəllər rəsmi açıqlamada təqdim olduğu kimi səfər zamanı Araratda həyata keçirilmiş və keçiriləcək proqramlar ilə əlaqəli məsələlər müzakirə olunub. Xahiş edirəm bundan sonra belə yanlış məlumat yaymayın, daxili və xarici düşmənlərin maraqlarına xidmət etməkdən çəkinin”- deyə Ararat vilayətinin icra hakimiyyətinin yaydığı məlumatda qeyd olunur.