BaşlıcaEkonomika

ER hökumətinin iclasında, 2021-ci il üçün “İqtisadi reaksiya proqramı və fəaliyyətlər planı” təstiq olunub

İclasda Ermənistan Respublikası Baş nazirinin müavini Tiqran Avinyanın dediyi kimi, onun qəbul edilməsinin zəruriliyi, 2020-ci il  noyabrın 18-də  Ermənistan Respublikası Baş nazirinin dərc etdiyi yol xəritəsinin 9-10 bəndinin tələbi ilə əlaqələndirilir. Yəni koronavirus  epidemiyası nəticələrinə üstün gəlmək və iqtisadi fəaliyyət mühitini bərpa  etməkdir.

“Aydındır ki, 2020-ci ildə koronavirus epidemiyası, Azərbaycanın Artsaxa qarşı apardığı müharibə, xalqın sağlamlığı və təhlükəsizlik problemlərinə əlavə olaraq, ölkə üçün bir çox iqtisadi sarsıntı üçün ciddi bir mənbəyə çevrildi”-deyərək  Avinyan qeyd edib.

Onun sözlərinə görə, bu şoku aradan qaldırmaq üçün qısamüddətli hədəflənmiş tədbirlərə ehtiyac var.

Proqram 3 əsas istiqaməti nəzərdə tutur: o da iqtisadi fəaliyyətin bərpası, etibarlı iş mühitinin təmin edilməsi, orta müddətli iqtisadi gündəliyin formalaşdırılmasıdır.

Hökümətin  tərtib etdiyi fəaliyyət planı 12 məqsədli 14 dəstək proqramından ibarətdir. Məsələn, Avinyana görə əkinçilik sahəsində hökumət qiymətli bitkilərin becərilməsini və emalını artırmağa qərar verdi.

Burada çox konkret bir misal çəkə bilərəm, bu istehsalda RF, ABŞ və Çinin çox spesifik müsbət təcrübəyə sahib olduğu sənaye çətənəsidir. Biz də bu sahəni tənzimləmə baxımından çox sürətlə yaradacağıq”-deyərək Avinyan vəd etdi.

ER Baş naziri Nikol Paşinyan, Baş nazirin müavinini cavablandırarkən, sirr mövzusunun fərziyyələrə səbəb olacağını proqnozlaşdırdı, düzgün təqdim etməyi bacardı.

“Çətənə deyərkən, fərqli bir şey nəzərdə tutulur,  halbuki çətənə çox vacib bir sənaye xammalıdır. Mövcud halda söz həmin xammalın  emalı haqqındadır hansı ki,əlbəttə risklər daşıyır.

Onu ciddi idarəetmə mexanizmləri işlənib hazırlanmışdır və digər ölkələrdə geniş istifadə olunmaqdadır”- deyərək  Baş nazir qeyd edib.

Yardım proqramlarısa əsasən koronavirusa  üstün gəlmək  proqramlarının  davamını özündə əks edir.

Eləcə də,  türkiyədən   indiyə kimi  idxal olunan  və hazırda qadağa olunan  malların yerli istehsalını ruhlandırmaqçün bir sıra proqramlar nəzərdə tutulub.

Tigran Avinyan  bildirdi ki, “İqtisadiyyat reaksiyası proqramı Fəaliyyət planı”nı başa çatdıqdan sonra nəzərdə tutulub ki, büdcəynən nəzərdə tutulmuş  ÜDM indeksi  1%-lə  bəndi artacaqdır.

Daha çox göstər
Back to top button