
Qazaxıstan Respublikasında işgüzar səfərdə olan Baş nazir Nikol Paşinyan fevralın 5-də Qırğızıstanın yeni təyin olunmuş Baş naziri Ulukbek Maripov ilə görüşdü.
Ermənistan Respublikası Baş naziri administrasiyasının İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Baş nazir qeyd etdi ki, Ermənistan və Qırğızıstanın ikitərəfli və çoxtərəfli formatlarda sıx əməkdaşlıq edir və Ermənistan tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsində maraqlıdır.
Qırğızıstanın Baş naziri də öz növbəsində vurğuladı ki, Qırğızıstan Ermənistanla daha sıx əməkdaşlığa böyük əhəmiyyət verir və iki ölkə arasında ticari-iqtisadi sahədən mədəni və humanitar sahələrə qədər əməkdaşlığı dərinləşdirmək üçün işlər aparılmalıdır.
Tərəflər siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğuladı və əlaqələrin dərinləşdirilməsində maraqlı olduqlarını təsdiqlədilər.
Nikol Paşinyan və Ulukbek Maripov ticarət-iqtisadi əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi apardılar. Bu kontekstdə bölgədəki nəqliyyat kommunikasiyalarının açılması, yolların blokadadan çıxarılması nəticəsində yaradılan imkanlara və infrastrukturun inkişaf perspektivlərinə toxunuldu.