BaşlıcaSiyasət

Rusiya Ermənistanın 13 şirkətinin ölkəyə pomidor ixrac etməsinə icazə verdi

Fevralın 5-dən bəri Ermənistanın Armavir vilayətinin 13 şirkətinin ölkəyə pomidor ixrac etməsinə icazə verdi. Bununla da Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) pomidor və bibər idxalına qoyduğu məhdudiyyəti ləğv etdi.

Qərar, Ermənistan tərəfinin Rusiya nazirliyinə təqdim etdiyi respublikada pomidor və bibər istehsal edən istixanalarda karantin fitosanitar monitorinqinin nəticələri barədə məlumatlar əsasında qəbul edilib.

2020-ci ilin dekabrın 14-dən bəri Armavirdən pomidor və bibərin idxalına məhdudiyyət qoyulub.

Daha çox göstər
Back to top button