Tezliklə Rusiyanın “Sputnik V” peyvəndini əldə edəcəyik: ER Səhiyyə naziri

Rusiya Federasiyası ilə müqavilənin imzalanması başa çatır və bu yaxınlarda Ermənistanda Rusiyanın “Sputnik V” peyvəndi olacaq. Bu barədə ER Səhiyyə naziri Anahit Avanesyan jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistan koronavirus peyvəndi almaq üçün iki platformada işləyir. Birincisi, iştirakçı ölkələrə peyvənd təmin etməyi hədəfləyən beynəlxalq COVAX platformasıdır. Bundan əlavə, peyvənd istehsalçıları ilə ikitərəfli danışıqlar aparılır.
Nazir qeyd edib ki, peyvəndlərin seçilməsi məsələsi peşəkar qrupun müzakirələri nəticəsində qərar verilib. Mütəxəssislər, bütün klinik sınaqlardan uğurla keçən və idxal olunaraq immunizasiya proqramının bir hissəsi kimi istifadə oluna biləcək peyvəndlər barədə məsləhət verəcəkdir.
Koronavirusa qarşı peyvəndlərin təşkili barədə danışarkən nazir qeyd edib ki, könüllü şəkildə ediləcək və risk qruplarına daxil olan vətəndaşlara üstünlük veriləcək.