
Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan özünün Facebook səhifəsində yayımladığı bir mesajda geniş yayılan yalnış məlumatlardan danışaraq, “Artsax rəhbərliyinin xarici və daxili düşmənlərin istəkləri ilə razılaşması sadəcə istisna olunur” deyərək yazıb.
O, tələb edib ki,”Artsax adından və xalqın duyğularını hallandırmaqdan əl çəksinlər.Yazını aşağıda diqqətinizə təqdim edirik:
“Son vaxtlar Artsax ətrafında yalnış məlumatlar axını yenidən təəssüf ki, əsasən erməni dairələrində aktivləşibdir. Kimin ağlına nə əsirsə və ya dar şəxsi maraqları diktə edirsə, bunu Artsaxın taleyi və insanların əsəbləri ilə oynadığını düşünmədən səsləndirir.Bununla da cinayətkarcasına Artsaxın taleyiylə və xalqın əsəbləriylə oynayırlar.
Xüsusilə, biri yazır Ordunu və Xarici işlər nazirliyini ləğv edəcəyimizi, digəri Qırmızı Bazar-Şuşi yolundan imtina edəcəyimizi, üçüncüsü isə Stepanakertin Azərbaycan bayrağını qoyacağımızı yazır. və s.
Bunların hamısı da sərsəmçilikdir, Artsax rəhbərliyinin xarici və daxili düşmənlərin istəkləri ilə razılaşması sadəcə istisna olunur.Rəsmi olaraq hər kəsdən Artsax adını hallandırmamasını və insanların duyğularıyla oynamamasını tələb edirəm.
Artsax Respublikasının bütün dövlət qurumları işləyir və işləyəcəkdir, nə qədər çətin şəraitlər və istəməyən adamlar olsa da, amma əsas ağrı istəməyənlər arasında erməni xalqının nümayəndələrinin olmasıdır.
Çox istərdim ki, hamımızın enerjisi daha da zəiflətmək əvəzinə gücümüzü və səylərimizi Artsaxın bərpasına və inkişafına, təhlükəsizliyin təmin olunmasına, itki ağrısının yüngülləşdirilməsinə, əsirlərin və itkin düşənlərin probleminin həllinə yönəldilsin.
Hamımıza sağlam düşüncə və mərhəmət diləyirəm”-deyərək Arayik Harutyunyan yazıb.