Başlıcaİctimaiyyət

Cəbrayılda maşın minaya düşüb

Fevralın 7-də İlqar Əhmədova məxsus “VAZ 2106” markalı 99 NH 623 dövlət qeydiyyat nişanlı avtomobili Cəbrayıl rayonunun Nüzgar kəndi ərazisində tank əleyhinə minaya düşərək partlayıb.

Faktla bağlı rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti aşkar edilib.

Hazırda digər şəxslərin yerinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Daha çox göstər
Back to top button