Başlıcaİctimaiyyət

Ermənistanda 89 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb

Ermənistanda son sutkada 89 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 168 177-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 3 123-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 783 nəfərdir. İndiyədək 159 876 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 395 aktiv koronavirus xəstəsi var.

Daha çox göstər
Back to top button