
Artsaxın əmək, sosial məsələlər və mənzil-kommunal xidmətlər naziri Mane Tandilyanın “Radiolur” a Artsaxda mərhələli məskunlaşma proqramı başlanmasıyla bağlı məlumat verib.
Mane Tandilyanın sözlərincə,sosial böhran problemləri maliyyə mənbələri hesabına həll olunursa, o zaman mənzil məsələsi problem olaraq qalır.
Artsax kənd yerlərində insanların məskunlaşmasına və köçürülməsinə böyük əhəmiyyət verir. Beləliklə, Əsgəran, Martuni, Martakert, Şuşinin erməni nəzarətində olan ərazilərin yarıtikili yararsız vəziyyətdə olan evlər təmir ediləcək, təchiz ediləcək və kənd təsərrüfatı vasitələri ilə təmin edilərək adamlara təhvil veriləcəkdir.
Artıq kəndlərdə yaşamaq üçün 300-dən çox müraciət qəbul olunmuş, bir sıra ailələr köçürülmüşdür.
Evi və yaşayış yeri Artsaxın nəzarətindən kənardadırsa olanların hamısı üçün təqribən 35 min Artsaxlı üçün ayrıca sosial yardım həlli təmin edilir.
Burada hesablama hər bir ailə üzvünün hesabına, hər biri üçün 300 min AMD məbləğində aparılır. Müraciətlər artıq qəbul olunur” deyərək Mane Tandilyan qeyd edib.
Artsax və Ermənistan hökumətləri müvəqqəti iş, maddi yardım və mənzil təmin etmək üçün 15 ortaq sosial yardım proqramı həyata keçirir.
Kommunal xərclərin ödənilməsi, fərdi ehtiyacların qiymətləndirilməsi də xeyriyyəçi təşkilatların ciddi dəstəyi ilə gündəlik işin bir hissəsidir.
Tandilyanın sözlərinə görə, pasport məlumatlarının əldə edilməsi ilə əlaqədar, təxminən 100 min vətəndaşa maddi yardımın göstərilməsində texniki problemlər yaranıb, lakin onlar dəqiqləşdirilib.
Artsax ərazisində yaşayan təqribən 5 min vətəndaşa, 250 min dram həcmində yardımnəzərdə tutulub, lakin dağıdılmış, sərhədə lap yaxınlığı olanları və ya digər səbəblərdən bu mərhələdə yerləşdirmək mümkün deyil.
Yeni evlər həmçinin tikilir və müvəqqəti yığma sığınacaqlar planlaşdırılır.
Artsaxın əmək, sosial məsələlər və mənzil naziri Mane Tandilyan “Hər kəsin problemlərini həll etməyə çalışırıq”-deyib.