BaşlıcaSiyasət

Türk qoşunlarının Qarabağ münaqişəsinə cəlb edilməsi Erdoğanın pantürkizm siyasətinə işarə edir

Ankara Bakı ilə əlaqələrindən bölgədəki mövqelərini möhkəmləndirmək, Osmanlı imperiyasını bərpa etmək və Orta Asiyanın türk dövlətlərini ortaq silahlı qüvvələrlə arxada birləşdirmək üçün istifadə etməyəcəhd edir.

Liviyalı jurnalist Alaeddin Saleh bu barədə “Modern Diplomacy” mətbusu üçün yazır.

“Dağlıq Qarabağ münaqişəsində birbaşaSuriyə muzdlularının  iştirakı, Türkiyənin lideri Rəcəb Tayyib Erdoğan və hakim Ədalət və İnkişaf Partiyası tərəfindən Ankaranın Cənubi Qafqazda və Mərkəzi Asiyada  nüfuzunu genişləndirmək üçün apardığı təcavüzkar siyasətin zirvəsiydi.

“Bu gün biz bu şərəfli qələbəni qeyd edirik. Ancaq Azərbaycan tərəfindən torpaqlarının işğaldan azad edilməsi, mübarizənin bitdiyi anlamına gəlmir.

Siyasi və hərbi sahələrdə mübarizə müxtəlif cəbhələrdə davam edəcəkdir” – deyərək Erdoğan dekabrda Bakıda keçirilən parad ərzində qeyd edib.

Beləliklə, Türkiyənin hərbi güc də daxil olmaqla bütün yollarla geostrateji maraqlarını təmin etməyə hazır olduğunu birmənalı şəkildə təsdiq etdi.

Etno-dini münaqişələrin kəskinləşməsi

Erdoğanın “digər cəbhələrə” istinad etməsi, əvvəlki gücünü bərpa etməyə çalışan Türkiyənin hazırkı xarici siyasətinin mahiyyəti barədətəsəvvür yaradır.

Avropadakı parçalanma prosesləri və əvvəllər Osmanlı ehtiraslarının milli sərhədləri aşmasına imkan verməyən dünya supergüclərinin rolunun azalması, Türkiyəyə geosiyasi intiqam üçün yaşıl işıq yandırıb. Bununla birlikdə, Ankara, regional azlıqları olan ölkələrdə siyasi İslamı və separatçı düşüncələrin təbliği də daxil olmaqla regional liderliyini bərpa etmək üçün olduqca şübhəli metodlar seçdi.

Qeyd etmək lazımdır ki, pantürkizm ideologiyası Rəcəb Tayyib Erdoğanın prezidentliyindən əvvəl də ortaya çıxsa da, bununla belə Türkiyənin müasir tarixində onu fundamental üsulla  təbliğ edən ilk liderdir.

Türkiyə və yaraqlı qruplaşmalar  kimlər ki, Ankara tərəfindən maliyyələşdirilir, Suriyanın Şimalındakı kürd əhaliyə qarşı terror siyasəti həyata keçirirlər.

Kürd iş adamlarının və torpaq mülkiyyətçilərinin mülklərini Türkiyədə yerləşən qruplar arasında bölüşdürmək məqsədi ilə etnik təmizlənmə, qtlam və qaçırılma işğal olunmuş ərazilərdə geniş yayılmışdır.

 Hüquq-mühafizə orqanlarının rəsmilərinin verdiyi məlumata görə, Afrində üçillik türk opupasiyası zamanı

674 dinc sakin öldürüldü, 7300-dən çox adam oğurlanıb və 300.000 nəfər məcburi köçkün olub. Bundan əlavə, türk şirkətləri 314.000-dən çox zeytun ağacını kəsmiş və 70-dən çox memarlıq qurumlarını qarət etmişdir.

Keçən il Türk milliyyətçiliyinin faciəsini yalnız kürdlər deyil, Dağlıq Qarabağ erməniləri də öz dəriləri üzərində hiss etdi,yaşadı. DQ Azərbaycanın  hissəsi hesab olunur. Lakin 1994-cü ildən bəri Ermənistanın himayəsi altında müstəqil statusa sahibdir.

 Üç ay davam edən şiddətli toqquşmalar zamanı Azərbaycan, Türkiyənin dəstəyi ilə üstünlüyünü nümayiş etdirə bildi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Qarabağın nəzarəti altında olan əraziləri, Bakının nəzarətində saxlayan bir müqavilə imzalamağa məcbur etmişdir.

Hərbi ekspertlər Azərbaycanın qələbəsini Ankara tərəfindən xarici siyasətinin düzgünlük sübutu kimi qiymətləndirdiyini iddia edirlər. Bu, həmçinin Türkiyə tərəfindən Türkiyənin Naxicevan Muxtar Vilayəti, Dağlıq Qarabağla və Azərbaycanın digər torpaqları vasitəsi ilə Xəzər dənizinə və Orta Asiya regionuna birbaşa çıxışı baxımından gələcəkdə irəliləyişi üçün strateji əhəmiyyət daşıyırdı”-deyərək məqalənin  müəllifi yazıb.

Daha çox göstər
Back to top button