ArtsaxBaşlıca

Artsax Təhlükəsizlik Şurasının iclası keçirilib

Fevralın 8-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının geniş iclas keçirildi. Bu barədə Artsax Prezidentinin administrasiyası məlumat yayıb.

Gündəlikdəki məsələlər – Artsax Respublikası təhlükəsizliyinin təmin edilməsi, Artsax hökumətinin nəzarətində olmayan bölgələrin sakinlərinin problemləri və müharibədən sonrakı vəziyyət idi.

Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyan, Ərazi İdarəetmə və İnfrastrukturlar naziri Hayk Xanumyan, Şəhərsalma naziri Aram Sargsyan məruzələrlə çıxış etdilər.

Məruzələrə əsasən Təhlükəsizlik Şurası əlavə müzakirələr aparacaq və icra və qanunverici orqanlara tövsiyələr verəcəkdir.

Prezident Arayik Harutyunyan bundan sonra Təhlükəsizlik Şurasının əvvəlcədən bilinən gündəliyə uyğun olaraq və təcili məsələlərdə ehtiyac duyulduğu təqdirdə daha tez-tez toplanacağını bildirdi.

Daha çox göstər
Back to top button