Başlıcaİctimaiyyət

Azərbaycan ordusunun 5 hərbçisi minaya düşüb

Azərbaycan ordusunun daha bir hərbi qulluqçusu minaya düşüb.

Hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib.

Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev minaya düşüb. Hadisə zamanı o, ağır xəsarət alıb və hərbi hospitala təxliyə olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğun yaydığı məlumata görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daha çox göstər
Back to top button