
mo
Ermənistan Respublikası Fövqəladə hallar nazirliyinin Dövlət böhrana qarşı İdarəetmə akademiyasının mütəxəssisləri axtarış-xilasetmə işlərində pilotsuz uçan aparatların istifadəsi ilə bağlı təşəbbüsə başladılar. Yanvarın 27-28-də Aragatsotn bölgəsinin Aparan şəhəri yaxınlığında PUA-ın ilk sahə sınağı təşkil edildi.
PUA yalnız fəlakətlərdən sonra axtarış və xilasetmə işlərində deyil, həm də itirilmiş ekspedisiyalara və turistlərə kömək etməkdə çox təsirli ola bilər, bu səbəbdən də tədqiqat işçi qrupuna xilasetmə fakültəsinin müəllimləri və ekskursiya təhlükəsizliyi təlimatçı, proqramçı, texniki işçi daxildir:
Aparanda üç ssenari sınaqdan keçirildi. Meşədə itən, özünü istiqamətləndirməyən və qaranlıqda itən adamı və özünü qar qatının altında tapan birinin axtarışı.
PUA meşədə və qaranlıqda itən insanları uğurla tapdı. Nəticə müsbətdir, amma təkminləşdirməyə yeri var.
Xüsusilə, PUA uçuşunun hündürlüyü meşənin sıxlığından asılı olaraq tənzimlənməlidir. Gərək PUA uçuşunun yüksəkliyi qaydaya salınsın.Yaxud, PUA-da mikrofon elanı yayımlanmalıdır.
”Əgər bizi eşidirsinizsə bir neçə addım irəli-geri, yaxud saga və sola hərəkət edin”
Əgər azmışın xəsarətləri var və hərəkət edə bilmirsə, əyləşmiş-uzanmış şəkildə hər hansı bir hərəkət edə bilər. Bu vəziyyətdə, PUA itkin olanı daha tez tapacaq və axtarış müddəti azalacaqdır.
PUA xüsusi sensorlar,ötürücülərlə təchiz olunmuşdur, itkin düşən, yaralını aşkar edərkən, sonra məlumatlar real vaxt rejimində yerli böhran idarəetmə mərkəzinə ötürülür.
Qar altında qalan adamın axtarışında müsbət nəticə yoxdur. İşlər davam edir.
Fevralın 4-8-də Lori bölgəsi Stepanavan yaxınlığında axtarış və xilasetmə əməliyyatlarında pilotsuz uçan aparatdan istifadə etməyə cəhd göstəriləcək.
İşin nəticələrinə əsasən axtarış və xilasetmə işlərində pilotsuz uçan aparatların istifadəsi üçün bir model hazırlanacaq ki, bu da xilasedicilər üçün faydalı ola bilər.
