Başlıcaİctimaiyyət
Ermənistan istehsalçıları Sputnik V peyvəndinin istehsalında iştirak edə bilərlər

Ermənistan və Qırğızıstandan olan dərman istehsalçılarının Sputnik V peyvənd istehsalının inkişafına cəlb olunması məsələsi Avrasiya İqtisadi Komissiyasında müzakirə olunur. Məlumat AİK-in mətbuat xidməti yayıb.
Qeyd olunur ki, “Sputnik V” peyvəndinin istehsalı yaxın gələcəkdə Belarusiyada başlamalıdır.
İstehsalın lokallaşdırılması üçün artıq bir sıra əməkdaşlıq müqavilələri imzalanmış, müvafiq texnologiyaların ötürülməsi tənzimlənmişdir.
“Bununla yanaşı, Avrasiya İqtisadi Komissiyası Ermənistan və Qırğızıstandan olan dərman istehsalçılarının birgə istehsalata cəlb edilmə məsələsi fəal şəkildə müzakirə edir”,- məlumatda deyilir.