BaşlıcaSiyasət

Regiondakı dəmir yolu şəbəkəsinin vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub

Fevralın 6-da Ermənistan Respublikası, Rusiya Federasiyası və Azərbaycan Respublikası baş nazir müavinlərinin sədrliyi ilə dəmir yolu, avtomobil nəqliyyatı və kombinə edilmiş nəqliyyat məsələləri üzrə ekspert alt qrupunun onlayn iclası keçirilib.

İclasda üç ölkənin müvafiq komissiyalarına daxil olan sektor nümayəndələri iştirak edib.

Bölgədəki mövcud dəmir yolu şəbəkəsinin vəziyyəti və yol rabitə marşrutlarının imkanları ilə bağlı məsələlər nəzərdən keçirilmişdir. Tərəflər yuxarıda göstərilən məsələlər barədə ilkin fikir mübadiləsi aparıblar. İclasdan sonra alt qruplar ekspert qiymətləndirməsi ilə bağlı əlavə müzakirələrə davam edəcəklər.

Daha çox göstər
Back to top button