ArtsaxBaşlıca

Xaricilər Artsaxa necə gedə bilər? Yeni bir prosedur işləyir

Artsax Xarici işlər nazirliyindən verilən məlumata görə, təhlükəsizlik səbəbi ilə xarici vətəndaşların müharibədən sonrakı şəraitdə Artsaxa giriş proseduru yenilənib.

“Artsaxı ziyarət etmək istəyən xarici ölkələrin vətəndaşları kimlər ki,Artsaxa  getmək istəyindədir, öncə Artsaxın Xarici işlər nazirliyinə icazə üçün müraciət etməlidirlər.

Bu prosedur həm giriş vizasına ehtiyacı olan xarici vətəndaşlara, həm də vizasız rejimin mövcud olduğu ölkələrin vətəndaşlarına tətbiq edilir”-deyərək informasiyada qeyd olunub.

Müraciətlərə dair məlumatlar həm də təhlükəsizlik problemləri nəzərə alınaraq Rusiya sülhməramlı qüvvələri ilə bölüşüləcəkdir.

Müraciətlər təsdiqləndikdən sonra bu barədə müraciət edən xarici vətəndaşlara, ArtsaxınYerevanda olan  daimi nümayəndəliyində müvafiq vizaları alacaqları və bundan sonra Artsaxa gələ biləcəkləri məlumat veriləcəkdir.

Müraciətlərin təstiqlənməsindən sonra müraciət edən yadelli vətəndaşlar məlumatlanacaq.

Onlar  müvafiq giriş vizalarını Yerevanda Artsaxın Daimi  nümayəndəliyində alacaqlar və ondan sonra  Artsaxa  gedə bilərlər.

Müddətə gəlincə, giriş icazəsi 3-4 iş günü ərzində veriləcək. Bəzən proses daha uzun çəkə bilər, bu barədə müraciət etmiş vətəndaş məlumat verir.

Artsax Xarici işlər nazirliyi, mexanizmin tətbiq olunduğunu bildirdi. Son günlərdə bir sıra xarici KİV və beynəlxalq təşkilatların nümayəndələri bu prosedura uyğun olaraq Artsaxa getmişlər.

Daha çox göstər
Back to top button