
Abxaziya parlamenti Abxaziya ərazisindən “Rusiya-Ermənistan” dəmir yolu xəttinin bərabər şərtlərlə açılması layihəsində iştirak etməyə hazır olduğunu bildirərək Rusiya Dövlət Dumasına müraciət edib. Armenpress-in məlumatına görə, bunu Abxaziya parlamentinin beynəlxalq, parlamentlərarası, həmyərlilərlə iş üzrə komitənin rəhbəri Astamur Logua söyləyib.
“Təşəbbüsün müəllifi bizim komissiyamızdır. Bölgədəki inkişafları, Dağlıq Qarabağdakı münaqişəni izləyirik. Nəqliyyat kommunikasiyalarının blokadan çıxarılmasını alqışlayırıq”- deyə o “SputnikAbxaziya”ya bildirib.
Deputatın sözlərinə görə, Abxaziya həmişə böyük regional layihələrdə bərabər şərtlərlə iştirak etməyə hazır olduğunu bildirib. Dağlıq Qarabağda müharibə bitdikdən sonra bölgə ölkələri dəmir yolu əlaqəsi açmağın mümkünlüyünü müzakirə etməyə başladılar, Abxaziya da kənarda qalmamalıdır. Logua əlavə edib ki, 4 fevralda Abxaziya parlamenti mümkün variantları müzakirə etmək üçün genişləndirilmiş komitə iclası keçirib.