
Fevralın 10-da Yerevanda Ermənistanın müdafiə naziri Vağarşak Harutyunyan Qarabağ bölgəsinə yerləşdirilən Rusiya sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradovu qəbul edib. Məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Vağarşak Harutyunyan, general-leytenant Rüstəm Muradova məhkumların mübadiləsi prosesindəki fəal roluna, eyni zamanda itkin düşənlərin axtarışına verdiyi dəstəyə görə təşəkkür edib və Rusiya sülhməramlı qüvvələrinin səmərəliliyini məmnunluqla qeyd edib.
Görüşdə Müdafiə naziri bir sıra əməkdaşlıq məsələlərinə toxunub, bu baxımdan müşahidələrini Rusiya sülhməramlı kontingent komandirinə təqdim edib. Vağarşak Harutyunyan əldə olunmuş razılaşmalara uyğun olaraq atılan addımların davam etdirilməsinin vacibliyini vurğulayıb.