BaşlıcaBeynəlxalqİctimaiyyət

Netflix üçün erməni texnologiya startaplarından bəhs edən serial çəkilir

Ermənistanın startap ekosistemi və texnoloji potensialından bəhs edəcək serialların adı «Musk factor»-dur. 10-12 hissəli film süni zəkanın imkanlarından istifadə edərək qeyri-real görünən bir fikirdən inanılmaz uğurlar əldə edən dörd oğlanın hekayəsidir. Bu barədə SartHub Armenian məlumat yayıb.

Layihənin prodüseri Rafael Tadevosyanın sözlərinə görə, bu, İT produktu deyil və Ermənistanın bütün potensialını bir filmlə təqdim olunacaqdır. Filmdə Ermənistanın intellektual-texnoloji potensialı əks olunacaq.

Qeyd edək ki, epidemiya şəraitində Netflix-in izləyiciləri sayı 300% artım qeyd etdi. Hər seriyanın büdcəsi 400-500 min dollardır, ancaq Ermənistanda bu xərclər müqayisəedilməz dərəcədə az olacaqdır.

Komanda filmə ümumerməni potensialını daxil etmək istəyir. Dünyanın müxtəlif ölkələrində potensiallarını nümayiş etdirən erməniləri filmin texniki və yaradıcı heyətinə daxil etmək istəyirlər. Təbii ki, filmin çəkilməsində xarici mütəxəssislər də iştirak edcəcklər.

Daha çox göstər
Back to top button