BaşlıcaBeynəlxalq

Roma Papası Fransiskos Cənubi Qafqazda vəziyyəti yaxından izləyir

Katolik aləminin müqəddəs Atası olan Papa Fransis, Cənubi Qafqazda cərəyan  edən  hadisələrə xüsusi diqqət yetirir.

Bu haqda  Papa, Müqəddəs Kürsüdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşü zamanı  bəyan edib.

Papa Fransis, dünyanın müxtəlif bölgələrindəki siyasi vəziyyətdən və ortaya çıxan qeyri-sabitlik mənbələrindən danışmış və  Cənubi Qafqaz bölgəsinə toxunaraq demişdir:

“Bir sıra qarşıdurmaların davam etdiyi Cənubi Qafqazdakı vəziyyətə xüsusi diqqət yetirirəm. Bəziləri keçən il, bütün bölgədəki sabitliyi və təhlükəsizliyi pozaraq alovlandı”.

Katolik dünyasının kahinlər rəisi 2021-ci ildə Suriyadakı qarşıdurmanın sona çatacağına, israillilərlə fələstinlilər arasında birbaşa dialoqun bərpa olunacağına, Livanda sabitliyin və Liviyada sülhün bərpa olunacağına ümid etdiyini  bəyan etdi.

Daha çox göstər
Back to top button