BaşlıcaSiyasət

Gürcü mütəxəssis şərtləri qeyd etdi: “Ermənistan bölgənin tranzit nöqtəsinə çevriləcəkdir”

Tehran – (Culfa) – Yerevan dəmir yolunun işə salınması Ermənistanın bölgədəki rolunu dəyişdirəcək, respublikanın tranzit bir ölkəyə və Cənubi Qafqazda əsas nəqliyyat mərkəzinə çevrilməsinə imkan yaradacaqdır.

 Ancaq bundan əvvəl Yerevan nəinki yalnız böyük resurslar tapmalı, həm də siyasi o məsələləri həll etsin hansının səbəbindən  illər uzunu  ölkənin sərhədləri qapalıdır.

Ermənistan-İran dəmir yolu xəttini açmaq niyyəti çoxdan bəllidir. Ermənistan Respublikası İqtisadiyyat naziri Vahan Kerobyanın açıqlamasından sonra mövzu yenidən aktual oldu.

 İranda o,Yerevan -Tehran dəmir yolunun işə salınmasının iki ölkə arasındakı nəqliyyat problemlərinin həllinə kömək edəcəyini qeyd edib.

“Bu vəziyyətdə, İran və Hindistandan, həmçinin Çindən mallar Ermənistana Gürcüstan ərazisiylə deyil, adı çəkilən dəmir yolu boyunca gələcək. Gürcüstan nəqliyyat dəhlizi ildə 700 mindən 1 milyon tona qədər yük itirəcək”-dedi Jagareişvili  bəyan edib.

O,Ermənistanın yol əsarətindən çıxmasına imkan verəcək Bakı-Meqri-Naxicevan-Axuryan-Qars marşrutunun işə salınmasını mümkün hesab edir. Bununla belə, həm siyasət, həm də infrastruktur baxımından layihənin həyata keçirilməsinin çətin olduğuna inanır.

Yaqareişvilinin sözlərinə görə, ölkələrin Ankara ilə münasibətlərini normallaşdırması və ölkələrin dəmir yolu bağlantısı açması Yerevançün faydalı olacaq.

Bu halda Gürcüstan Ermənistanın ixrac və idxal axınının böyük hissəsini itirəcəkdir.

Eyni zamanda, Gürcüstana Rusiyadan, Qazaxıstandan və Orta Asiyadan Avropaya gedən yüklər qalacaq. Bundan əlavə, Ermənistan-Azərbaycan magistral yolu Rusiyadan Ermənistana, “Yuxarı Lars” keçid məntəqəsindən keçən yolu əvəz etməyəcək.

“Ermənistana Stavropol və Krasnodardan gətirilən buğda Larsdan keçir. Bu qısa və sərfəli bir yoldur. Ermənistan-Azərbaycan  ehtimal olunan avtomobil magistralıyla dolayı getməsi biznes üzərinə baha başa gələcək”-deyərək  Yaqareişvili qeyd edib..

“Ermənistan  məcbur olacaq ki, əlavə 500-600 km Sədərəyə kimi yolun tikintisini başa çatdırsın. Yol tez bərpa edilə bilər, xüsusən Erasxha kimi bizdə hər şey normaldır.

Hərəkət heyəti Yerasxla Culfaya çatacaq. Daha sonra Araks üzərindəki dəmir yolu körpüsü ilə İranın Culfa stansiyasına çatacaq”-deyərək Hovannisyan bildirib.

İstədiyi təqdirdə o, yolun qısa müddətdə, böyük xərc tələb etmədən bərpa oluna biləcəyini qeyd etdi.

Hohannisyan İran dəmir yolu ilə əlaqənin Ermənistan üçün mümkün olduğunu vurğuladı. Bu, Yerevan üçün İranın dəniz limanlarına, xüsusən də Bəndər -Abbasa yol açacaqdır.

Məsələn, Çindən bir yük Bəndər- Abbas limanına 18 günə, Poti limanına təxminən 33 günə çata bilər. Hovannisyana görə bu, məsafəni qısaltmaqla yanaşı, həm vaxt, həm də pul baxımından faydalı olacaqdır.

Xatırladaq ki,  hazırda Ermənistan əsasən malların ixracı və idxalı üçün “Yuxarı Lars” keçid məntəqəsindən istifadə edir. 8 alternativ yol var, lakin hamısı siyasi səbəblərdən bağlıdır.

Bunlardan ən  mənfəətlisi Cənubi Osetiyadan keçən Nar (Şimali Osetiya) – Qori yoludur. Lars yolundan 80 km daha uzundur, lakin daha rahat iqlim şəraiti və ərazi baxımından Osetiya marşrutu üstünlük təşkil edir.

Daha çox göstər
Back to top button