
“Artsax ərazilərinin işğalından sonra Azərbaycanda tikinti işləri həyata keçirilməyə başlandı.Yaşayış məntəqələrinin salınması barədə danışılsa da, hal-hazırda Azərbaycanda yalnız yol və kommunikasiya infrastrukturunun inşası layihələri həyata keçirilir.
Azərbaycan hakimiyyətləri tərəfindən yeni yaşayış ərazilərinin inşaası haqqında danışılır: Akna, Varanda, Jrakan, Kovsakan haqda qeyd olunur. Ancaq Hadrut ehtiyatla yan keçirilir.
Düşmən, Hadrutun işğalını hər hansı bir şəkildə “həzm etməsi” ehtimalı olmadığını yaxşı başa düşür. Qalan ərazilərə tam nəzarət də sual altındadır.
Azərbaycan hakimiyyəti 44 günlük Artsax müharibəsinin nəticələrini tam qələbə kimi təqdim etməyə çalışır, eyforiyadan sonra yeni həqiqətləri ayıq-sayıq qiymətləndirmək məcburiyyətində olacaq.
Türkiyə artıq Azərbaycandadır, onun hüquqi əsası Azərbaycan hökuməti tərəfindən təmin edilmişdir.
Yəni bu, Əliyev artıq, xüsusilə Artsaxın işğal olunmuş əraziləri ilə bağlı təkbaşına qərar qəbul edə bilməyəcək deməkdir.
Növbəti mina, bölgədəki bütün ölkələr üçün təhlükə yaradan terrorçuların varlığıdır.
Ermənistan,Hadrutun qaytarılması məsələsini gündəmdə saxlamağı bacararbə borcludur ki, zənciri formada Artsax Respublikasının ərazi bütövlüyünün bərpası məsələsini həll edə bilər”.