
Ermənistan Ombudsmanı Arman Tatoyan bəyanatla çıxış edərək qeyd edib ki, Azərbaycanın silahlı qüvvələrinin, həmçinin bayraqları və tablolarının Syunik bölgəsinin kəndlərində və ya kəndlərini birləşdirən yollarda olması istisna edilməlidir.
Tatoyan vurğulayıb ki, onlar Ermənistan və Artsaxın mülki əhalisinin və hərbçilərinin hüquqlarını kobudcasına pozaraq, etnik təmizləmələr törədərərk və dinc yaşayış məntəqələrini kütləvi şəkildə məhv edərək, institusional şəkildə davam edən ermənifobiya, işgəncələr və qeyri-insani rəftar, əsirlərin qanunsuz saxlanılması və yeni müharibənin təhdidi, beynəlxalq hüquqların kobud şəkildə pozulmasıyla keçirilən “demarkasiya” ilə oraya çatdılar.
“Azərbaycan hərbçilərinin mövcudluğu Ermənistanın sərhədyanı bölgələri sakinlərinin hüquqlarını kobud şəkildə pozur və onların dinc həyatı və əmin-amanlığı ciddi şəkildə təhlükə altına qoyur. Bu səbəbdən, nə olursa olsun, onların mövcudluğu, hətta hərəkətləri qanunsuz və beynəlxalq hüquqdakı insan hüquqları sisteminin əsaslarına ziddir.
Ermənistan İnsan Hüquqları Müdafiəçisinin bütün platformalardakı fəaliyyətləri bu təməl konsepsiyaya əsasən həyata keçirilir”,-bəyanatda deyilir.