
ER Xarici işlər naziri Ara Ayvazyan Fransa Xarici işlər naziri Jan-İv Lı Drian ilə telefon danışığında erməni hərbi əsirləri və girov statusunda saxlanılan mülki şəxslərin vətənə dönüşü məsələsində Azərbaycanın maneələr yaratmağının yolverilməzliyi barədə danışıb.
Bu haqda ER XİN-nin rəsmi saytı m\lumatlandırıb.
“Bu baxımdan Ayvazyan, fransız həmkarına yuxarıdakı məsələni daim gündəmdə saxladığı üçün təşəkkür etdi.
“Xarici işlər nazirləri Dağlıq Qarabağ sülh prosesini ATƏT-in Minsk qrupu həmsədrləri çərçivəsində nəzərdən keçirməyin və həmsədrlərin fəaliyyətinin yaxınlaşan qrafiki ilə bağlı fikir mübadiləsinin aparılmasının vacibliyini vurğuladılar”.
Ermənistan və Fransa Xarici işlər nazirləri ikitərəfli gündəliyə aid məsələləri də müzakirə etdilər.
Həmsöhbətlər Fransa Prezidenti Emanuel Makronun adından Xarici işlər üzrə Dövlət Katibi Jan-Baptist Lemoine nümayəndə heyətinin Ermənistana son səfərini yüksək qiymətləndirdilər. Səfərdən sonra atılacaq gələcək addımlar barədə fikir mübadiləsi aparılıb.