Başlıcaİctimaiyyət
Ermənistanda 154 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb

Ermənistanda son sutkada 154 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.
Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 168 830-a çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 3 138-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 788 nəfərdir. İndiyədək 160 838 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 066 aktiv koronavirus xəstəsi var.