ArtsaxBaşlıcaSiyasət

Qoris-Davit Bek yolunun təhlükəsizliyini ER və RF sərhədçiləri təmin edir

Qoris-Davit Bek yolunda vətəndaşların hərəkəti, nəqliyyat vasitələri və yük daşımalarının təhlükəsizliyini təmin etmək üçün orada Ermənistan və Rusiya sərhədçiləri yerləşdirildi.

ER Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası və Rusiya müdafiə Nazirləri arasında Rusiya sərhədçiləri tərəfindən yuxarıda göstərilən yolların təhlükəsizliyinə nəzarətin təmin edilməsi barədə razılıq əldə edildi.

Xatırladaq ki, 2020-ci il dekabrın 19-da ER Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunurdu ki,

1․ əldə edilən razılığa əsasən, Qoris-Davit Bek yolunda naqliyyatın pozuntusuz hərəkətini təmin etmək üçün rus sərhədçiləri yerləşdirilir,

2․ Qoris-Kapan yolunun mübahisəli sahədən keçən 21 kilometrlik hissəsinin təhlükəsizliyini rus sərhədçiləri təmin edəcək,

3․ təmas xəttinin bir tərəfində ER sərhəd qoşunları, Azərbaycan sərhəd qoşunları isə Azərbaycan tərəfində yerləşdiriləcək.

Daha çox göstər
Back to top button