
ABŞ, son dövrlərdə Dağlıq Qarabağda Artsaxa qarşı son müharibədə hərbi cinayətlər törədən və iştirak edən türklərə, azəri islamçı cihadçılara sanksiya tətbiq etməlidir.
Bu haqda Suriya İnsan haqları üzrə Araşdırmaları mərkəzinin rəsmi saytında Columbia Universitetinin insan hüquqları “Sülhün bərqərar olması” proqramının direktoru və «Artsakh Atrocities Project” (Artsaxda vəhşiliklər) layihəsinin rəhbəri Deyvid Filips qeyd edib.
“Amerika Birləşmiş Ştatları, cinayətkarlığı hazırlayanlara qarşı sanksiya tətbiq etməli, onlara və ailələrinə səyahət qadağası qoymalı və hesablarını dondurmalıdır.
Eyni zamanda, ABŞ “İnterpola” həbs olunmasını tələb edən qırmızı bildiriş tələbini verməlidir”-Deyvid Filips qeyd edib.
2020-ci il sentyabrın 27-də Azərbaycan silahlı qüvvələrinin, türk muzdluların dəstəyi ilə Dağlıq Qarabağa hücum a keçdiyini xatırlatdı.
“Şahidlər azərbaycanlı əsgərlərin cəsədlərə necə işgəncə verdiyini, mülki şəxslərin başını necə kəsdiyini,qadağa olunan silah növlərindən necə istifadə edilməsi və kasetli bombalar və ağ fosfor kimi qadağan olunmuş silahlardan necə istifadə etdiyini izah edirlər.
Philips, İnsanlığa qarşı cinayətlərdən məsul olanların məsuliyyətə cəlb edilməsi üçün sanksiyalara ehtiyac var”- deyərək qeyd edib.
Türkiyənin Suriyadan və Livandan ermənilərin öldürülməsinə görə mükafat vəd edərək, 2000-ə yaxın İslamçı cihadçının Azərbaycana necə uçduğunu izah edib.
Fillips, Artsax müharibəsində ermənilərə qarşı hərbi cinayətlərdə fəal iştirak edən bütün məşhur cihadçıların adını çəkdi.
“Bu cihadçılar özbaşına hərəkət etməmişlər.. Dağlıq Qarabağdakı əməliyyatlara Türkiyə Milli Kəşfiyyat Xidmətinin rəhbəri Hakan Fidan rəhbərlik edibdir.
Sahə əməliyyatlarısa türk komandanlığı tərəfindən həyata keçirilib”-deyərək Filips yazıb.
O, Azərbaycanın cihadçı muzdlulara aylıq 2000 dollar ödədiyini vurğuladı.
Bu müddət ərzində Kolumbiya Universitetinin “Artsaxdakı vəhşiliklər” layihəsi çərçivəsində müharibə cinayətləri və onları törədənlər barədə bütün məlumatlar toplanmışdır.
“Bu cinayətkarlıqların müəllifinin kim olduğunu biz əla bilirik. Bununla birlikdə, Bayden rəhbərliyinin Artsaxdakı qırğınlara göz yumacağını və ya günahkarları məsuliyyətə cəlb edib etməyəcəyini hələ bilmirik”-deyərək Filips, Dağlıq Qarabağdakı vəziyyətə diqqəti cəmləşdirdi.
“Müharibə cinayətkalarını azərbaycanlı və türk şəxsi heyətləri, eləcə də onların nədznində fəaliyyət göstərən cihadçılar tərəfindən insanlığa qarşı cinayətkarlıqların qarşısını almaq istiqamətində ən yaxşı yol məsuliyyətə cəlb etməkdir”-deyərək Filips yekunlaşdırıb.
Xatırladaq ki, Deyvid Filips Klinton və Buşun, Obamanın administrasiyalarında Baş məsləhətçi və xarici əlaqələr üzrə ekspert vəzifələrində çalışıb.