Başlıcaİctimaiyyət
ER FHN, Ermənistanda baş verən güclü zəlzələ barədə şayiələri inkar edir

ER Fövqəladə hallar nazirliyi, Ermənistanda güclü zəlzələnin gğzlənilməsiylə bağlı internetdə yayılan xəbərləri dezinformasiya adlandırır.
Bu haqda jurnalistə Ermənistan Respublikası Fövqəladə hallar nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr departamentindən məlumatlandırılıb.
“ Hörmətli vətəndaşlar, internetdə güya Ermənistan Respublikası ərazisində, xüsusən də Yerevanda güclü zəlzələnin gözlənilməsi barədə şayiələr yayılıb.
Ermənistan Respublikası Fövqəladə hallar nazirliyinin Ərazi seysmik mühafizə xidməti bu məlumatı rəsmi olaraq təkzib edir və yalnız Fövqəladə hallar nazirliyinin rəsmi informasiyalarını izləməyə səsləyir” – deyərək məlumatda bildirilib.