Başlıcaİctimaiyyət

Ermənistanda 88 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb

Ermənistanda son sutkada 88 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 169 255-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 3 147-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 792 nəfərdir. İndiyədək 161 105 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 211 aktiv koronavirus xəstəsi var.

Daha çox göstər
Back to top button