
“Qarsda fevralın 1-də başlayan Türkiyə və Azərbaycan ortaq ”Qış 2021” hərbi təlimləri başa çatdı. Bunlara tank və topçu birlikləri, snayper qrupları, xüsusi təyinatlılar və aviasiyacəlb olunmuşdur.
“Razminfo”veb saytının analitiki Sona Xaçatryan “Hayastani Hanrapetutyun”gündəlik qəzetiylə söhbətində qeyd edib ki, təlimlərin ER və xüsusən, Gümrüdəki Rusiya hərbi bazasıyla sərhədyanı Qarsdakı Akbaba hərbi məktəbinin poliqonunda keçirilməsi hərbi təlimlərin əsas məqsədləri barədə açıq mesajlar idi.
Hərbi ekspert Artur Yegiyazaryanın sözlərinə görə, bu təlimlərin xüsusiyyəti, yeni hərbi texnikanın sınaqdan keçirilməsindən, həmçinin dağ şəraitində düşmən minalarını tapıb məhv etməsi lazım olan bölmə qruplarının iştirakından açıq şəkildə bəhs edilməsidir.
“Bu hərbi təlimlərin şərtləri öz təbiətlərinə görə Ermənistan ərazisində keçirilənlərə çox oxşayırdı. Faktiki bu, hazırda azərbaycan-türk hərbi birləşmələrini özündə birləşdirən, pantürkizmin birləşmiş turan ordusunun yaradılması istiqamətində atılan addımlardan biri idi.
Bu təlimlər bizi qorxutmaq üçün bir siqnal idi, ancaq digər tərəfdən, həqiqətən də müharibəyə hazırlaşdıqlarını, ordunun döyüş qabiliyyətini qoruduqlarını görməməzliyə vurmamalıyıq”-deyərək Yeğiazaryan qeyd edib.