ArtsaxBaşlıcaSiyasət

Arayik Harutyunyan: “Çətin vəziyyətə baxmayaraq, müstəqillik Artsaxın gedəcəyi yol olaraq qalır”

Fevralın 14-də Artsax Respublikasının Prezidenti Arayik Arutyunyan bir necə görüş keçirdi.  Səhiyyə və Ədliyyə nazirliklərinin əməkdaşları ilə görüşdə Prezident müharibə və müharibədən sonrakı dövrdə baş verən hadisələrə və problemlərə toxundu.

Bu barədə Artsax Respublikasının Prezident administrasiyasından bildirilib. 

Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan qeyd etdi ki, çətin vəziyyətə baxmayaraq, müstəqillik Artsaxın gedəcəyi yol olaraq qalır.

Müharibədən sonrakı dövrdə rus sülhməramlıların faktoru Artsax Respublikasının təhlükəsizlik sisteminə əlavə edildi, buna paralel olaraq öz silahlı qüvvələri də fəaliyyət göstərməyə davam edəcək.

Arayik Harutyunyan qeyd etdi ki, müharibə nəticəsində yaranan humanitar və infrastruktur məsələlərini həll etmək üçün Azərbaycanla hər hansı bir münasibətləri istisna olmaqla, bütün tərəflərlə iş birliyinin müəyyən tərəflərini tapmalıyıq.

Prezident görüş iştirakçılarının suallarını da cavablandırdı.

Daha çox göstər
Back to top button