
Artsax Respublikası Prezidenti aparatının hesablamalarına görə, hal-hazırda Artsaxda 105-110 min nəfər artsaxlı yaşayır və təxminən 35-40 min nəfər hələ də Ermənistan Respublikasındadır.
Bu haqda Artsax Respublikası Prezidenti administrasiyasının rəhbəri Artak Beglaryan fevralın 15-də dəvət olunmuş müzakirə ərzində qeyd edib.
“Bizim hesablamalarımıza görə, hazırda Artsaxda 105-110 min artsaxlı yaşayır.Bu o deməkdir ki, böyük əksəriyyəti köçkün olanlardır. Ermənistan Respublikasında təxminən 35-40 min artsaxlı yaşayır.
Azərbaycanın Artsaxa qarşı başladığı azğın müharibə nəticəsində dövlət dəstəyi ilə Artsaxdakı müxtəlif sığınacaqlarda yerləşdirilən 10 minə yaxın vətəndaşlar evsiz qaldı.
“Artsax Respublikasında mərkəzləşdirilmiş dövlət binalarında – otellərdə, dövlət dəstəyi ilə icarəyə götürülmüş qonaq evlərində yerləşdirilən təxminən 10 min nəfər yaşayır.
Fərqli kəndlərin pulsuz mənzil fondlarına da yerləşdirilənlər var, paralel olaraq mənzil fondunun artırılması üçün işlər aparılır”-deyərək Artak Beglaryan qeyd edib.
Artsax Respublikası Prezident administrasiyasının rəhbəri vurğuladı ki, dövlət üçün önəmlisi Artsax xalqının geri dönməsini asanlaşdırmaqdır.