BaşlıcaSiyasət

Artsax Prokurorluğunun işçi qrupu köçkünlərin hüquqlarının pozulması ilə bağlı müraciətlərə baxacaq

Artsax Respublikasına qarşı 2020-ci ilin sentyabrın 27-də başlatdığı müharibə nəticəsində köçkün düşmüş şəxslərin qanun pozuntularının və cinayət hadisələrinə dair ərizələrin, hesabatların qeyd edilməsi və əlaqələndirilməsi üçün Artsax Respublikası Baş Prokurorunun əmri ilə işçi qrupu yaradılıb. Bu barədə Artsax Respublikasının Baş Prokurorluğu “Armenpress” ə məlumat verib.

“Əmrə əsasən yaradılan işçi qrupu mətbuatda yayılan və ya rabitə vasitəsilə alınan məlumatları araşdıracaq. Qrup fəaliyyətinə Baş Prokuror Gurgen Nersisyan nəzarət edəcək, qrupa isə Baş Prokurorun müavini Narek Harutyunyan rəhbərlik edəcək. Qrupda Baş Prokurorluğun şöbə müdirləri və rayon prokurorları yer alır”- deyə Artsaxın Baş Prokurorluğu qeyd edib, əlavə edərək ki, müzakirə nəticələri və qəbul edilmiş qərarlar operativ şəkildə həm Prokurorluğun rəsmi saytında, həm də KİV-də işıqlandırılacaqlar.

Daha çox göstər
Back to top button