BaşlıcaSiyasət

ER XİN mətbuat katibinin Əliyevə reaksiyası: “Noyabrın 9-da olan bəyanatda hər hansı bir dəhlizin yaradılması ilə bağlı şərt yoxdur”

Ermənistan Baş naziri, Rusiya və Azərbaycan prezidentlərinin 2020-ci il  noyabrın 9-dakı bəyanatının 9-cu bəndidə dəhlizin yaradılması ilə bağlı heç bir müddəa yoxdur.

Ermənistan ərazisindən keçən hər hansı bir yol və ya rabitə yolu var və müstəsna olaraq yalnız Ermənistanın suverenliyinin yurisdiksiyası çərçivəsində olmalıdır.

Bu haqda ER Xarici işlər nazirliyinin mətbuat katibi Anna Nağdalyan jurnalistin sualını cavablandırarkən qeyd  edib:

.

Sual – Azərbaycan Prezidenti İlham Əliyev elan edib ki, “noyabrın 10-da  birgə imzalanmış  bəyanatda Naxicevan dəhlizinin yaradılması ilə bağlı xüsusi bir müddəa var”.Siz bunu necə şərh edərdiniz?

Cavab – Noyabrın 9-da üçtərəfli bəyanatın 9-cu bəndində “bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin  mühasirədən çıxarılması” barədə  qeyd olunur və bu, Ermənistanın bölgədə sabitliyin bərqərar edilməsində əməkdaşlıq perspektivlərinə yanaşmasıdır.

Yuxarıdakı bənddə  hər hansı bir dəhlizin yaradılması haqda müddəalar yoxdur. Ermənistan ərazisindən keçən hər hansı bir yol və ya rabitə yolu müstəsna olaraq yalnız Ermənistanın suverenliyinin yurisdiksiyasında olmalıdır.

Daha çox göstər
Back to top button