BaşlıcaSiyasət

Yaponiya Ermənistana humanitar yardım edəcək

Yaponiya hökuməti fevralın 16-da Dağlıq Qarabağ müharibəsindən sonra humanitar böhrandan çıxmaq üçün Ermənistana 3.6 mln ABŞ dollar yardım etməyə qərar verib. Bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hökumətin qərarına əsasən, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, sığınacaqların təmiri və tibbi avadanlıqların alınması məqsədilə, habelə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin (BMMYK), BMT-nin Uşaq Fondunun (UNICEF), Beynəlxalq Miqrasiya Təşkilatı (İOM), Dünya Qida Proqramı (WFP) və Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) vasitəsilə yardım veriləcək.

Ermənistana göstəriləcək yardımlar çərçivəsində, xüsusən 6 xəstəxanada tibbi təhsil üzrə təlimlərin keçirilməsi, 3 evakuasiya sığınacağının yenilənməsi, 17 tibb müəssisəsinə tibbi avadanlıqların verilməsi, 15 məktəbin təmiri, təhsil ləvazimatları verməsi planlaşdırılır.

Daha çox göstər
Back to top button