
Liviya və Dağlıq Qarabağdakı qarşıdurmalarda pilotsuz uçan hava vasitələri sürətlə yerüstü sistemlərini məhv etmək üçün nəzərdə tutulmuş quru sistemlərdən zəif qoşunlara qarşı asanlıqla hücumlara yol açdı”-deyərək Defense News yazır.
“Əvvəlcə Liviyadan bir video materialı peyda olundu.Orada türk PUA-ı rus “Pandzir” raketdən müdafiə sistemini məhv etdiyi təsvir olunur.
Daha sonra Dağlıq Qarabağa İsrailin “Harop”unun köməyi ilə S-300 müdafiə sistemini zenit-raket kompleksi sıradan çıxarıldı.
Üstəlik, mütəxəssislərin fikrincə, pilotsuz uçan aparatlar və hava hücumundan müdafiə sistemləri arasında güc tarazlığı yaxın gələcəkdə dünya müharibələrinin açarı olacaq.
“Liviya, Dağlıq Qarabağ və Suriya bizə göstərdi ki, qüvvələr hava sahəsini qoruya bilmirsə, pilotsuz təyyarələrin geniş istifadəsi həyatı son dərəcə təhlükəli vəziyyətə gətirə bilər”-deyərək Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (Böyük Britaniya) tədqiqatçısı Castin Bronks qeyd edib.
Keçən il Liviya münaqişəsi zamanı türk Bayraktar TB2 döyüş pilotsuzu qəzetlərin səhifələrində peyda olundu.
“Türkiyə dronların proqramını yeniləmək üçün mühəndislər göndərdi”- deyərək İsveçrə mütəxəssisi Jalel Harçuin qeyd edib..
“TB2-nin oktyabr ayında Dağlıq Qarabağda effektiv istifadəsi Liviyadakı əvvəlki uğurlar sayəsində mümkün oldu”- deyərək o, əlavə edib.
Azərbaycanı dəstəkləyən Türkiyənin münaqişədən əvvəl PUA-ları təlimə göndərdiyi bildirildi.
TB2, İsrail sursatı ilə birlikdə yaxşı nəticə verdi. Hollandiyanın araşdırma qrupu “Oryx” kəşfiyyat qrupu , 22 Azəri tankına qarşı 134 erməni tankının məhv edildiyini bildirdi.
“Türkiyə, PUA-lar sahəsində təcrübəsini İsrail PUA-lar icarəyə götürdükdən sonra topladı və daha sonra bu sistemdən İsrail sistemlərindəki məhdudiyyətlərdən narazı olaraq öz PUA-nı qurmaq üçün istifadə etdi”-deyərək Bronk qeyd edib.
– TB2 “Heron” kimi, aerodinamik bir profilə malikdir və türk Anka dronu “Hermes 450”-yə bənzəyir. Bayraktar-ı istehsal edən TB2-ni Qətərə və Ukraynaya satıb. Serbiya isə onu almaq imkanını düşünür.
“Çin və Türkiyə PUA-ın satışı üçün rəqabət aparırlar, bu səbəbdən Rusiyanın niyə TB2 satmaq üçün bir ekvivalenti olmadığı sual doğurur.
Bu bazarda demək olar ki, heç birinin olmadığına çox təəccüblənirəm”-deyəərk Harçaui qeyd edib.
PUA-ın Dağlıq Qarabağda aparılan döyüş əməliyyatlarında istifadəsi baha başa gəldi.
Kanada, TB2-dəki Kanada detalları iddiaları üzündən Türkiyəyə silah ixracatını dayandırdı və İngiltərədəki pilotsuz qurğular üçün dron tədarükçüsü də müqaviləni ləğv etdi..
Bronksun sözlərincə, İngiltərə də daxil olmaqla bir sıra ölkələr quru qoşunlarının müdafiəsini gücləndirirlər.
“Bu təhdid işığında İngilis ordusu bu yaxınlarda Sky Saber adlı qısa və orta mənzilli bir raket sistemi sifariş etdi.
“Seçimlərdən biri, 10 kilometrlik TB2 raketləri ilə müqayisədə 75 kilometr mənzilli Rus SA-17 sistemidir və ya daha ucuz və daha kompakt 10 kilometr məsafəli SA-15 sistemidir.
“Qərb məhsulları arasında onsuz da təxminən 15 kilometr radiusda Vaşinqtonu müdafiə etməyə kömək edən NASAMS və 30-40 kilometr məsafədə olan NASAMS 2 var”-deyərək o, qeyd edib.
Birləşmiş Krallıq Xidmətlər İnstitutunun hərbi elmlər üzrə direktoru Peter Roberts, dünyanın müasir müharibə gerçəkliyi ilə oyanmağa başladığını söylədi.
“Bir müddətdir pilotsuz təyyarələrin, tankların və ya raketlərin müharibəni təkbaşına qazanacaqlarına dair romantik bir fikir var”- deyərək o, əlavə etdi ki, müharibə meydanında gümüş güllələr olmu”.
Roberts, müharibələrdə aldatma sənəti olduğu kimi daxili müharibələrin də intibah dövrünü yaşadığını əlavə etdi.
“Ondan asılı olmayaraq bunlar istər Ukraynadakı ruslardır, istərsə də İranlılar, geri dönür: bir şey ki onun haqqında vaxtıyla biz bilirdik, lakin 90-cı illəri unutmuşduq”.
Onun sözlərinə görə, dünya həm də Liviyadan Dağlıq Qarabağa və Yəmənə qədər proks müharibələri dövrünə qayıdır.
Bu o deməkdir ki, müharibələr muzdlular, sponsorluq edən partizan qrupları və qiyamçıların iştirakı ilə supergüclər tərəfindən aparılır”-deyərək o, qeyd edib.
Bu həm də o deməkdir ki, daha sərt silahlar rəsmi olmayan qruplaşmalar əllərində peyda olunacaq, kimlər ki, qanadlı və balistik raketlər və PUA-lar istifadə edir.