
Fevralın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Bu barədə Rusiya XİN məlumat yayıb.
Tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli Moskva razılaşmasının həyata keçirilməsini, eləcə də ikitərəfli və beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.