BaşlıcaSiyasət

Vağarşak Harutyunyan Gürcüstanın ER-dakı səfirini və səfirliyin yeni təyin olunmuş hərbi attaşesini qəbul edib

ER Müdafiə naziri Vağarşak Harutyunyan Gürcüstanın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Georgi Saqanelidzeni və səfirliyin yeni təyin olunmuş hərbi attaşesi podpolkovnik Jaba Toroşelidzeni qəbul edib.

ER Müdafiə naziri hərbi attaşeni vəzifəsinə təyin olunması münasibətilə təbrik etmiş və fəaliyyətinin iki ölkənin Müdafiə nazirlikləri arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.

Görüş zamanı tərəflər  erməni-gürcü çoxtərəfli əməkdaşlığı ilə əlaqəli, qarşılıqlı maraq doğuran məsələləri və regional təhlükəsizlik məsələlərini müzakirə etmişdir.

Daha çox göstər
Back to top button