Şoşda eşidilən namazın sədası tikinti işləri ilə eşidilməz olur

Şuşinin altında sığınmış Şoş kəndinin hər guşəsindən Surb Qazançetsot Kilsəsi görünür. Aylar əvvəl kənddə səhər ibadətinin səsi eşidilirdi, indisə namazın səsidir. Kilsə kənddən cəmi 3 km məsafədədir.
Kəndin ortasındakı yolda kilsəyə piyada getmək mümkün idi, təəssüflər olsun ki,indisə yalnız uzaq məsafədəndə olsa onların səsini-namaz səsini eşidir və baxırıq”- deyərək kənd bələdiyyə sədri Erik Abrahamyan qeyd edir.

Düşmən bəzən havaya atəş açır və yaxud kəndə doğru daş atır. Bununla belə, bütün bunlar Şoş xalqını ruhdan salmır.
Şoş məktəbinin direktor müavini, tarix və coğrafiya müəllimi Qriqori Verdyan birinci müharibə zamanı 13 yaşında olub.
Tarixin təkrarlanacağını təssəvvür etməzdi və elə səslər olacaq ki,övladlarının onu eşidəcəyini xəyalına belə gətirməyib. Ancaq eşitdikləri səslər qalib gəldi.
“Biz Azərbaycana məğlub olmamışıq.Bizim ordumuz NATO-nun ikinci gücü olan Türkiyə ordusuyla vuruşub”-deyərək Verdyan qeyd edib.

Yeni reallıqla barışmağa çalışmalıyıq. Nə ki varımızdır, o da vardır
Amma hər dəfə sinfə girərkən məqsədimizə nail olmaq üçün atacağımız addımlar barədə danışmağı unutmamalıyıq.
Vətən məhz evimizdən başlayır və sərhəddə bitir. Uşaqlarımız bu dərrakəylə ilə böyüməlidirlər. Bu son demək deyil,biz öz tarixi torpaqlarımızı geri qaytarmalıyıq” –deərək tarix müəllimi qeyd edib.

Beş uşaq atası Soğomon Melkumyan hər gün məğlubiyyət nəfəsini hiss edir. İlk gündən doğma kəndini müdafiə edib. Sonunun belə olacağını ağlına belə gətirmirməzdi.
Heç təsəvvürünə də gətirməzdi ki, sonu belə olacaq.
“ Namaz qılarkən, o anda çölə çıxmaq istəmirsən. Əgər bilsən ki, 100% məğlub olmusan,onlar götürüblər, bu başqa məsələdir.
Di gəl ki, indi daha çox ağrılıdır, həm qardaşlarımız həm dostlarımız həm də Şuşi artıq yoxdur”.
Verdyanların evi düşmən mərmisinin zərbəsini ilk hiss edənlərdən idi. 6 yaşlı Vahe müharibə haqqında çox şey bilmir, amma qətiliklə əsgər olmağa qərar verib. Gününü qəhrəmanlar haqqında oxumaqla başlayır.
Şoşlu dükan sahibi Vrej Sarkisyanın müştəriləri dəyişib. Hadrut və Cəbrayıldakı Qırmızı bazar sakinlərini rus sülhməramlıları əvəz etdi. İlk dəfə kəndin üstündə Azərbaycan bayrağını görəndə bir daha həmin duyğularını xatırlamaq istəmir ․

“Sanki öz evində yaşamırsan. Elə birinigörürsən ki, səninlə eyni ərazidə yaşamaq üçün mübarizə aparır.
Müharibə günlərində qələbə çalacağımıza ümidimiz edirdim.
Bitəndən sonra bir tərəfdən sevindik ki, artıq bitdi, digər tərəfdən bunun baş verdiyinə görə kədərləndik”.
Kəndin təxminən 50% -i geri qayıdıb.Adamlar gündəlik həyatlarını yaşamağa, dağıdılanları bərpa etməyə çalışır. Müharibə zamanı düşmən mərmiləri 100 evi darmadağın etdi, üç evisə yandırdı.
Kəndin mənzil fondunun təxminən 80% -i zərər çəkdi.Hazırda kənddə 3 inşaat briqadası çalışır.

Şoşda yaşamaqçün öz formulalarını tapıblar.Namaz səsləri inşaat işlərinin səsi ilə sanki eşidilməz olur.
“Öz kəndimizdir, öz torpağımızdır, yaşamaq üçün başqa hara getməliyik? Burada da qalmalı və həyatımızı davam etməliyik”-deyərək kənd başçısı qeyd edib.