Başlıcaİctimaiyyət

ABŞ magistral yollarından birindəki anti-erməni lövhə qaldırılıb

Amerikadakı erməni icmasının səyləri sayəsində Filadelfiyadakı I-95 magistral yolundan anti-erməni lövhə qaldırılıb. Bu barədə Amerika Erməni Assambleyasının Twitter mikrobloqunda qeyd edilib.

“Birgə səylərimiz sayəsində, erməni həqiqətlərinə zidd olan löhvə Filadelfiyadakı I-95 magistral yolundan qaldırılıb. “Lamar” reklam agentliyi ilə əlaqə quran hər kəsə təşəkkür edirik”- deyə yazıda qeyd olunub.

Magistral yolda yerləşdirilən reklam löhvədə belə yazı olub: “Azərbaycanlılar (və türklər) ermənilərlə ahəngdar yaşamağa hazırdırlar. Ermənilər hazırdırlarmı?”. Löhvədə reklamın müştərisinin MUSIAD türk ticarət təşkilatının Amerika ofisi olduğu bildirilib.

Daha çox göstər
Back to top button