
Rusiya və Türkiyə Xarici işlər nazirləri Sergey Lavrov və Mölut Çavuşoğlu arasında əvvəllər iki ölkə prezidentləri Vladimir Putin və Tayyip Erdoğan arasında aparılan danışıqlarda müzakirə olunan mövzularla bağlı telefon danışığıkeçirilib.
Bu barədə “RİA Novosti” Türkiyə Xarici işlər nazirliyindəki mənbəyə istinadən məlumatlandırıb.
“Nazirimiz rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb. Tərəflər Prezidentimiz və Vladimir Putin arasında keçirilən telefon danışığı zamanı qaldırılan məsələləri müzakirə etmiş və onları izləməyi şərtləşmişlər”-deyərək agentliyin mənbəyi qeyd edib.
Bundan əvvəl Kremlin mətbuat xidməti Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Erdoğanın Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə etdiklərini bildirmişdi.