Ermənistanda mart ayında vaksinasiyaya başlanılacaq

Bu ilin mart ayında Ermənistanda koronavirusa qarşı vaksinasiyaya başlanılacaq.
Peyvəndlər könüllü olaraq həyata keçiriləcək, riskili qrupda olan vətəndaşlar üçün pulsuz olacaq.
Bu barədə ER Səhiyyə naziri Anahit Avanesyan qeyd etdi.
Onun sözlərinə görə, Ermənistanda artıq az sayda şəxslər vaksinasiya olunub. Xüsusilə, bir neçə nəfər Rusiya Federasiyasının hədiyyə etdiyi “Sputnik-V” dərmanı ilə peyvənd edildi.
Vaksinasiya riskli qruplarda olan şəxslər üçün pulsuz olacaq.
Nazir qeyd etdi ki, ölkəyə yalnız klinik sınaqların üçüncü mərhələsindən uğurla keçən peyvəndləri idxal ediləcək.
Mütəxəssislər qrupu onların effektivliyini, yan təsirlərin riskini, xərclərini qiymətləndirəcək və istifadəsinin məqsədəuyğunluğu barədə fikirlərini bildirəcəklər.
İndiyə qədər mütəxəssislər “AstraZeneca və “Pfizer”, eləcə də Rusiyanın “Sputnik” peyvğndlətinin istifadəsini təsdiqlədilər.