
Hərbi vəziyyət səbəbiylə Artsaxda yerli özünüidarəetmə orqanlarının seçkilərinin təxirə salınması barədə Artsax Respublikası Prezidenti tərəfindən imzalanmış qərarının təşəbbüskarı Ərazi İdarəetmə və İnfrastrukturlar Nazirliyidir. Bu barədə nazir Hayk Xanumyan Facebook səhifəsində yazıb.
“Müharibə zamanı iki icma sədri öldürüldü, biri isə həlak oldu. Başqa 8 icmanın rəhbərlərinin səlahiyyətləri öz müraciətlərinə əsasən vaxtından əvvəl dayandırıldı. 11 icmadan 5-nin müvəqqəti olaraq Azərbaycanın nəzarəti altında olduğunu və bu icmaların əhalisinin hazırda Artsax və Ermənistanın müxtəlif yaşayış məntəqələrində məskunlaşmaq məcburiyyətində qaldıqlarını nəzərə alaraq, növbədənkənar seçkilərin keçirilməsi texniki cəhətdən mümkün deyil”,-deyə Hayk Xanumyan əlavə etdi ki, Artsax Respublikasının Ərazi İdarəetmə və İnfrastrukturlar Nazirliyi yerli özünüidarəetmə qanunvericiliyinə dəyişikliklər etmək üçün fəal iş aparır.
Sözügedən proses uğurla başa çatdıqdan sonra Artsaxda yeni qanunvericiliyə uyğun olaraq yerli seçkilər təşkil ediləcəkdir.