Başlıcaİctimaiyyət
Maşınla Talış kəndinə gedən iki azərbaycanlı minaya düşüb

Fevralın 18-də saat 18 radələrində Tərtər rayon sakini Bəxtiyar Mahmudov və qohumu Elşən Abbasov “Niva” markalı dövlət nömrə nişanı məlum olmayan avtomobillə Talış kəndi ərazisində tank əleyhinə minaya düşüblər.
Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Mahmud oğlu həlak olub.
Qeyd edək ki, 2020-ci il noyabrın 10-da atəşkəsin bağlanmasından sonra Qarabağda mina partlaması nəticəsində 10-dan çox insan həlak olub.