
Ermənistan, Qarabağ döyüşlərindən sonra ordu islahatları aparacaq, ordu sayı optimallaşdıracaq və yeni silahlanma və hərbi texnika sistemlərinə keçəcək. Bu barədə ER Müdafiə naziri Vaqarşak Harutyunyan “RİA Novosti”yə müsahibəsində bildirib.
“Ermənistanda hərbi islahatlar nəinki planlaşdırılır, həm də artıq həyata keçirilir, üstəlik bu prosesdə rus tərəfdaşlarımız birbaşa iştirak edirlər”- deyə o qeyd edib.
Onun sözlərinə görə, hərbi quruculuq prosesi prinsipcə davam edir və bu gün Cənubi Qafqazda hərbi-siyasi vəziyyət milli silahlı qüvvələrin islahatlarını mübahisəsiz prioritet vəziyyətə gətirir.
“Əlbəttə ki, döyüş təcrübəsini və Qarabağdakı məlum hadisələri nəzərə alaraq aşağıdakı məsələlərə yenidən baxacağıq: döyüş optimallaşdırması, ilk növbədə döyüş komponentini artırmaq, yeni komplekslərlə silahlandırmaq, kadr potensialını qorumaq, zabitlər, məmurlar və müqaviləli hərbçilər səviyyəsinի artırmaq vasitəsilə”- deyə Harutyunyan bildirib.
Onun sözlərinə görə, səylər idarəetmə sistemlərinin, kəşfiyyat məlumatlarının, radio elektron mübarizəsi, hava hücumundan müdafiə və pilotsuz aviyasiya, raket və artilleriya qoşunlarının inkişafına yönəldiləcək.
O xatırlatdı ki, bu ilin yanvarın 25-30-də ikitərəfli razılaşmalara uyğun olaraq Rusiya Federasiyası Müdafiə Nazirliyinin nümayəndə heyəti ER Silahlı Qüvvələrinin islahatı və modernləşdirilməsinə kömək məqsədilə Ermənistanda idi.
“Birgə fəaliyyətin nəticələrinə əsasən, Ermənistan Silahlı Qüvvələrinin modernizasiyası çərçivəsində gələcək fəaliyyətlər və tədbirlər barədə təkliflər hazırlanıb, üstəlik, prosesin hərbi-texniki tərkib hissəsinə çox ciddi vurğu edilib”- deyə nazir vurğulayıb.