BaşlıcaSiyasət

Ermənistan Qarabağda uzunmüddətli sülhə ümid edir: Vaqarşak Harutyunyan

Ermənistan ümid edir ki, Rusiya ilə birgə səylər sayəsində Qarabağda uzunmüddətli sülh təmin ediləcək. Bu barədə Vaqarşak Harutyunyan “RİA Novosti”-yə müsahidəsində bildirib.

Onun sözlərinə görə, “hər şeydən əvvəl Artsax xalqının təhlükəsizliyini müdafiə ordusu təmin etməlidir”. “Əlbəttə ki, ordunun bərpası və modernləşdirilməsi üçün hələ ediləcək çox şey var, amma nə olursa olsun, edilməlidir. İkincisi, Ermənistan Artsax xalqının təhlükəsizliyinin qarantı olaraq qalır və biz bu tarixi missiyadan heç vaxt vaz keçməyəcəyik”- deyə nazir qeyd edib.

“Üçüncüsü, ən başlıcası, Rusiyanın bölgədəki mövcudluğudur, buna görə əvvəlcə atəşkəsə nail olmağı və sonra humanitar fəlakətin qarşısını almağı bacarıldı. Düşünürəm ki, RF səyləri  sayəsində bölgədə uzunmüddətli sülh təmin ediləcək”- deyə Harutyunyan əlavə edib.

Daha çox göstər
Back to top button