
“Facebook” istifadəçisi Apres Beglaryan yazır ki, artıq iki gün Azərbaycan yük maşınları Aknadan (Ağdam) Martakert vasitəsilə Karvaçara gedir və bu gün Martakert sakinləri yolunu bağlayıb deyiblər ki, “Karvaçara gedən yolu bizim üçün açın ki, biz də Yerevana o yolla gedək, ancaq azərbaycanlılar razılaşmadılar və bizimkilər də onların bu yolla Karvaçara getməsinə icazə vermədi”. Bir neçə saat qalmaqdan sonra yük maşınları geri dönərək yenidən Aknaya gedib. “Bu, məğlub, zəif və qorxaq xalq olmadığımızın sübutudur”- deyə o yazıb.