BaşlıcaSiyasət

Nikol Paşinyan ən yüksək reytinqli siyasətçi olaraq qalır

Nikol Paşinyan ən yüksək reytinqli siyasətçi olaraq qalır. Bu haqda “Gallup International” Ermənistandakı nümayəndəliyi tərəfindən aparılan son sorğu sübut edir.

Sorğu anketinin nəticələri mətbuat konfransında nümayəndəliyin rəhbəri Aram Navasardyan tərəfindən  təhlil edildi.

“Siyasətçiləri 1-dən 5-ə qədər qiymətləndirmək  xahişinə vətəndaşlar belə cavab verdilər:

Orta qiymətləndirmələr   təqdim olunub: Baş nazir Nikol Paşinyan 2,8 xal, Prezident Armen Sarkisyan – 2,3 xal, İkinci Prezident Robert Koçaryan – 2 xal, Qagik Tsarukyan – 2,2, Edmon Marukyan – 1,8, Birinci Prezident Leon Ter-Petrosyan – 1,7, üçüncü Prezident Serj Sarkisyan – 1,7 bal, Vazgen Manukyan və Erməni İnqlab Daşnaktsyutyun təmsilçisi İşxan Sağatelyan – hər biri 1,6 xal, Artur Vanetsyan – 1,5 xal”-deyərək Navasardyan qeyd edib.

1 ilə 5 xal bir miqyasda, Paşinyanın vətəndaşlar arasındakı ortalama reytinqi cəmi 2.8-dir, lakin heç bir siyasətçi ondan yüksək reytinq qazanmayıb.

“Mövcud siyasi vəziyyətdə,% 37,1 birmənalı olaraq parlament seçkilərinin keçirilməsini zəruri hesab edir.

41,2 %-i seçkilərin Nikol Paşinyanın rəhbərliyi altında keçirilməli olduğuna inanır, 28,2%- isə onun   əleyhinədir”- deyərək  Navasardyan qeyd edib.

Anketə görə, erkən seçkilər indi keçirilsəydi, vətəndaşların 33,1% -i “Mənim addımım” a səs verərdi.

“Bargavac Hayastan” (Çiçəklənən Ermənistan) 4,4%, “Lusavor Hayastan”(İşıqlı Ermənistan) – 2,6%, “Hayastani Hanrapetutyun”- 2,2%, “Hay Eğapoxaqan Daşnaktyutyun”(Erməni İnqlab Daşnaktyutyunu)- 2,2%, “Hayrenik”(Vətən) – 0,9% xal qazanacaq.

Navasardyana görə, respondentlərin təxminən 40% -i səs verə biləcəkləri bir namizəd görmürlər.

Lakin Paşinyanın istefasını tələb edənlərin sayı artıb. 43,6% istefa etməli, 38,8% Paşinyanın Baş nazir olaraq qalmalı olduğuna inanır.

17,6% -i cavab verməkdə çətinlik çəkir. Ötən anket sorğusu ərzində  (13 noyabr) respondentlərin 35% -i Baş nazirin istefasını tələb edib.

Respondentlərin 32% -i müharibədəki məğlubiyyətdə keçmiş hökuməti, 28,8% -i hazırkı hökuməti Nikol Paşinyanı günahlandırır.

16.1% Türkiyəni Azərbaycana hərbi dəstək verməkdə günahlandırır. 4.4% Ermənistan Müdafiə nazirliyinin bəzi zabitlərini və Artsax Müdafiə Ordusunun bəzi zabitlərini günahkar hesab etdmişdir.

Daha çox göstər
Back to top button