BaşlıcaSiyasət

ER müdafiə naziri: “ Rusiyanın Ermənistandakı bazasının bir hissəsini ölkənin şərqə yerləşdirmək planlaşdırılır”

Yerevan və Moskva Rusiyanın Erçənistandakı 102-ci hərbi bazasının müəyyən bir hərbi birləşməsinin yenidən yerləşdirilməsi ehtimalı müzakirə edirlər.

Bu barədə “Ria Novosti”-ya müsahibəsində ER müdafiə naziri Vağarşak Harutyunyan bildirdi.

“Ermənistanın şərq istiqamətində yerləşdirilən Rusiya hərbi bazasından hər hansı bir hərbi birləşmənin yenidən yerləşdirilməsi imkanlar barədə danışmaq daha düzgündür və bu kontekstdə məsələnin birgə araşdırılması davam etdirilir”,-deyə nazir qeyd etdi

Nazir vurğuladı ki, Ermənistanın sərhədlərini qoruyan Rusiya sərhədçilərinin üzərinə əlavə funksiyalar qoyulub. 

“Bura Ermənistanın Azərbaycanla sərhədlərinin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsidir.

Şübhəm yoxdur ki, ölkələrimizin sərhəd xidmətləri arasında sıx və səmərəli əməkdaşlıq qurulub, habelə Ermənistandakı rus sərhədçilərinə verilən bütün tapşırıqlar ən yüksək səviyyədə yerinə yetiriləcək

Dağlıq Qarabağ münaqişəsindən əvvəl, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin     Ermənistandakı sərhəd bölməsinin şəxsi heyəti Ermənistan ərazisindən keçən MDB-nin təhlükəsizliyinin və sərhədinin qorunmasının təmin edilməsi vəzifələrinin icrasından məsul idi.

Daha çox göstər
Back to top button