BaşlıcaİctimaiyyətSiyasət

Vaqarşak Harutyunyan: “Ermənistan ölkədə ikinci Rusiya hərbi bazasına ehtiyac görmür”

Ermənistan ölkədə ikinci Rusiya hərbi bazasına ehtiyac görmür. Bu barədə “RİA Novosti” agentliyinə Ermənistanın müdafiə naziri Vaqarşak Harutyunyan bildirib.

“Rusiya Silahlı Qüvvələrinin respublika ərazisində əlavə hərbi birləşməsinin yerləşdirilməsinə ehtiyac yoxdur. Üstəlik, dövlətlərimiz arasında hazırda mövcud olan normativ hüquqi baza da yalnız bir Rusiya bazasının fəaliyyətinin statusunu müəyyənləşdirir və tənzimləyir”, – o deyib.

1995-ci il dövlətlərarası razılaşmaya görə Gümrüdə Rusiya hərbi bazası yerləşir. 2010-cu ildə sənədə düzəlişlər edildi, ona görə Ermənistanda bazanın yerləşdirilməsinin 25 illik dövrü 49 ilədək, 2044-cü ilə qədər uzadıldı.

Daha çox göstər
Back to top button